Naqif Həmzəyev: “Bu səfərdən sonra Azərbaycan-Özbəkistan münasibətlərində yeni bir dövrün təməli qoyuldu” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Bu səfərdən sonra Azərbaycan-Özbəkistan münasibətlərində yeni bir dövrün təməli qoyuldu”

Qafar Ağayev10:57 - 24 / 06 / 2022
Naqif Həmzəyev: “Bu səfərdən sonra Azərbaycan-Özbəkistan münasibətlərində yeni bir dövrün təməli qoyuldu”

“Cənab Prezident İlham Əliyevin özbəkistana səfəri çox əlamətdar və yaddaqalan oldu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, hu səfər həm Azərbaycan, həm də özbək xalqları tərəfindən böyük rəğbətlə qarşılandı.

“Özbəkistan və Azərbaycanı yalnız iqtisadi, siyasi, hərbi münasibətlər yox, həmçinin bir tarixi kökə, dilə, dinə, bir sözlə mənəvi dəyərlər bağlayır. Uzun illər, Sovetlər dönəmində də Özbəkistan və Azərbaycan birlikdə qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirib. Müstəqillik illərindən sonra, bu münasibətlərin daha da inkişaf etməsi üçün zəmin var idi. Cənab Prezident İlham Əliyevin Özbəkistana bu səfərindən sonra, Azərbaycan-Özbəkistan münasibətlərində yeni bir dövr, yeni bir eranın təməli qoyulmuş oldu. Burada imzalanmış ikitərəfli sənədlər onu deməyə imkan verir ki, yaxın günlərdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin güclənməsi əsas şərtlərdən biridir. Bununla yanaşı, hərbi əməkdaşlıq sahəsində də çox böyük irəliləyiş var. İki ölkə arasında münasibətlər daha da yaxşılaşacaq və ticarət dövriyyəsinin yaxın günlərdə kəskin artacağı, hər iki ölkə üçün önəmli olan məhsulların qarşılıqlı çatdırılması, yeni bazarların, iqtisadi imkanların yaranması ortaya qoyulmuş oldu. Özbəkistan Avropaya və yeni bazarlara çıxmaq üçün müxtəlif nəqliyyat dəhlizlərinin inşasını və reallaşdırılmasını istəyir, Azərbaycan da Avropa və Asiya ilə, həmçinin Şimal-cənub dəhlizinin tam mərkəzində yerləşir. Azəraycan bu gün enerji ixracatcısı olduğu kimi, eyni zamanda nəqliyyat dəhlizinin mərkəzində yerləşən, çox önəmli strateji mövqeyə malik olan bir ölkədir. Özbəkistan da bu sahədə Azərbaycanla əlaqələrini gücləndirmək istəyir. Həm Azərbaycan, həm də Özbəkistan Türk Dövlətləri Təşkilatında aktiv fəaliyyət göstərən dövlətlərdi".

Deputat deyib ki, iki ölkə arasında münasibətlərin inkişafı, müttəfiqlik səviyyəsinə çatması Türk Dövlətləri Təşkilatının da güclənməsinə, təşkilat çərçivəsində də əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.

“Cənab Prezident İlham Əliyevin nitqində söylədiyi kimi, bütün sahələr üzrə əməkdaşlıq önəmlidir. Ancaq ən əsası odur ki, bizi birləşdirən mənəvi dəyərlər var. Özbəkistan və Azərbaycan xalqları bir-birinə çox yaxın və doğma xalqlardır. Bu səfər zamanı cənab Prezident bir daha bu söylədiklərinə əmin olduğunu və bunun şahidi olduğunu səsləndirdi. Cənab Prezidentin böyük qonaqpərvərliklə qarşılanması, ona çox böyük diqqətin olması həm cənab Prezidentin nüfuzu, həm də özbək xalqının Azərbaycan xalqına rəğbətinin və məhəbbətinin bariz nümunəsidir. Bütün bunlarla yanaşı, düşünürəm ki, bu səfərdən sonra hökumətlərin qarşısına birgə əməkdaşlıqla bağlı missiya qoyulub, hökumətlər bu missiyanın həyata keçirilməsi üçün çalışacaqlar. Bu çətin dövrdə, qlobal böhranlar dövründə Azərbaycan və Özbəkistan iqtisadi inkişafa nail olacaqlar”.

Paylaş:
522

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər