Rusiyanın daha bir yüksəkrütbəli zabiti zərərsizləşdirildi | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın daha bir yüksəkrütbəli zabiti zərərsizləşdirildi

13:47 - 29 / 06 / 2022
Rusiyanın daha bir yüksəkrütbəli zabiti zərərsizləşdirildi

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zabiti polkovnik-leytenant Aleksandr Kuvşınovu zərərsizləşdirib.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Rusiya bürosunun layihəsi olan "Şimal. Reallıqlar" tvitterdə məlumat yayıb.

Bildirilib ki, o, Baltik Donanmasının piyada dəniz qoşununun 336-cı ayrı qvardiya briqadasında xidmət edib. Hərbçi ölümündən sonra "Şücaət" ordeni ilə təltif edilib. A.Kuvşınovun öldüyü ötən gün elan olunub.

Zabitin ölüm tarixi və yeri məlum deyil.

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər