Sahibə Qafarova İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının və Senatının spikerləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının və Senatının spikerləri ilə görüşüb

Qafar Ağayev16:37 - 01 / 07 / 2022
Sahibə Qafarova İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının və Senatının spikerləri ilə görüşüb

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əbdülkərim Feysəl Deyfullah əd-Duğmi və Senatın sədri Feysəl Akif əl-Fayez ilə görüşüb.

1news.az xəbər verir ki, Milli Məclisin sədri qonaqları salamlayaraq, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında İordaniyanın iştirakının və konfrans çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Konfransın açılışında söylədiyi nitqin mühüm əhəmiyyətindən danışıb. Qeyd edib ki, Prezidentimizin dünyada baş verən proseslərdə Qoşulmama Hərəkatının rolu, bir çox aktual məsələlər barədə səsləndirdiyi fikirlər təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sahibə Qafarova qonaqlara Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, hazırda işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. Söhbət zamanı spiker Azərbaycanın sülhün və sabitliyin tərəfdarı olduğunu vurğulayıb və tezliklə Ermənistanla sülh müqaviləsi imzalanacağına inamını ifadə edib.

Milli Məclisin spikeri bildirib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin xüsusi rolu var. Təqdirəlayiq haldır ki, hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir.

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əbdülkərim Feysəl Deyfullah əd-Duğmi və Senatın sədri Feysəl Akif əl-Fayez səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Qonaqlar Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştiraklarından məmnunluqlarını bildiriblər. Konfransın yüksək səviyyədə təşkil olunduğunu söyləyiblər.

Spikerlər Azərbaycanın Qoşulmama Hərəkatında əhəmiyyətli rolunu vurğulayıblar. Qonaqlar ölkəmizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüsünün və Bakı Konfransı çərçivəsində müzakirə olunan məsələlərin vacibliyindən danışıblar.

Spikerlər İordaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd ediblər, dövlətlərarası əlaqələrin möhkəmlənməsində İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasındakı dostluq münasibətlərinin rolunu vurğulayıblar.

Söhbətdə tərəflər regional münaqişələrin törətdikləri fəsadların aradan qaldırılması, qaçqın və miqrasiya problemlərinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikirlərini bölüşüblər.

Paylaş:
376

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər