Boris Consonun Türkiyə sevgisi - Ərdoğanla türkcə dialoqu - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Boris Consonun Türkiyə sevgisi - Ərdoğanla türkcə dialoqu - VİDEO

Qafar Ağayev18:00 - 01 / 07 / 2022
Boris Consonun Türkiyə sevgisi - Ərdoğanla türkcə dialoqu - VİDEO

Madriddə keçirilən NATO zirvəsinin pərdəarxası gündəmin ciddiliyi ilə yanaşı, maraqlı məqamlarla da yadda qalıb.

Xüsusilə, söhbət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərkən türk dilini yaxşı bildiyini nümayiş etdirən Böyük Britaniyanın baş naziri Boris Consondan gedir.

Belə ki, sammitin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Consonla söhbət edib.

Ərdoğanla Conson arasında türk dilində keçən dialoq kameralardan yayınmayıb. Belə ki, Boris Conson söhbət zamanı Türkiyə liderinə türk dilində “çox gözəlsən” deyib. Ərdoğan da, öz növbəsində cavabında “çox gözəlsən” deyə təkrarlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında daha bir səmimi dialoq maraqla qarşılanıb.

Belə ki, sammitin bağlanış mərasiminə gələn Ərdoğan Boris Consona yaxınlaşdıqda Böyük Britaniyanın Baş naziri onu “Necəsən, dostum?” deyərək qarşılayır. Liderlər dialoqlarını bir-birilərinin əhvalı soruşaraq davam etdirirlər.

Türkiyədə çoxları Boris Consonu “həmvətənləri” hesab edir, qonaqlara Britaniya baş nazirinin “türk kökləri” haqqında danışmaqdan xoşdur.

B. Conson Osmanlı dövlətinin daxili işlər naziri vəzifəsini icra etmiş Ali Kamalın nəticəsidir. B. Conson Ali Kamalın nəvəsi Stenli Consonun oğludur. Damat Fərid Paşa hakimiyyətində təhsil və daxili işlər naziri vəzifəsini icra etmiş Ali Kamalın atası Hacı Əhməd Rza Əfəndi, 1813-cü ildə Türkiyənin Çankırı vilayətinin Kalfat kəndində doğulub.

İsveçrədə, Luzerndəki pansionatda bir il sonra evləndiyi Unifred Brun adlı ingilis qadınla tanış olur. Bir müddət Qahirədə yaşadılar, sonra İstanbula köçdülər və Əli Kamal burada publisist kimi məşhurlaşdı. Burada, 1909-cu ildə cütlüyün Boris Consonun babası Osman Əli adlı bir oğlu var.

Daha sonra siyasətə girən Əli Kamal Osmanlı İmperiyasının Böyük Vəziri Damat Ferit Paşa hökumətində daxili işlər naziri vəzifəsində çalışıb. 1922-ci ildə siyasi qarşıdurma nəticəsində öldürüldü.

Paylaş:
589

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər