Kamaləddin Qafarov: “Azərbaycanın səyləri regional maraqların təmin olunmasına yönəlib” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycanın səyləri regional maraqların təmin olunmasına yönəlib”

Qafar Ağayev09:49 - 01 / 07 / 2022
Kamaləddin Qafarov: “Azərbaycanın səyləri regional maraqların təmin olunmasına yönəlib”

“Xəbər verildiyi kimi, iyunun 26-30-da Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilmişdir.

İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sessiyada videoformatda çıxış edib. Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olunması üçün Azərbaycanın göstərdiyi səylərdən danışıb və ölkəmizin bu məsələlərlə bağlı mövqeyini bir daha hamının diqqətinə çatdırıb”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə mailk olduğunu vurğulayan millət vəkili bildirib ki, bu ilin mart ayında Şuşada keçirilmiş tədbir də Azərbaycan reallıqlarının dünya birliyi tərəfindən qəbul olunduğunu bir daha təsdiq etmişdir: “Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi tamam olur. Məhz bu mötəbər tarixi qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, işğaldan azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir keçirilmişdir. Tədbirdə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması məsələləri ətrafında aparılan müzakirələrdə Azərbaycanı bu istiqamətlərdə gördüyü işlərdə ləngidən amillər də müəyyən edilmişdir. Belə amillərdən biri kimi, Ermənistanın mina xəritələrini Azərbaycana hələ də təqdim etməməsini göstərmək lazımdır. Aydındır ki, Ermənistan hökuməti bu addımı atmaqla işğaldan azad edilmiş ərazilərə həmin yerlərin əsl sahiblərinin qayıdışını mümkün qədər ləngitmək istəyir. Ümumdünya Şəhər Forumunun sessiyasındakı çıxışında Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, işğal dövründə Ermənistan işğal etdiyi ərazilərdə bir miyondan artıq mina basdırıb. Bu ölüm saçan qurğuları zərərsizləşdirmədən həmin ərazilərdə heç bir iş aparıla bilməz. Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Tam məsuliyyətlə deyə bilərik ki, rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir”, - deyə K.Qafarov bildirib.

Deputat Azərbaycanın sülh çağırışları barədə deyib:

“Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdikləri talançılıq və vandalizm əməlləri həqiqətən də misli görünməmiş bir vəhşilikdir. 30 il ərzində bizim şəhər və kəndlərimiz qəsdən dağıdıldı, bütün mədəni və dini abidələrmiz talan və təhqir edildi, Azərbaycan xalqının həmin ərazilərdən tarixi izlərinin silinməsi üçün ermənilərin əl atmadıqları vəhşilik qalmadı. İkinci Dünya müharibəsindən sonra şəhərlərin belə böyük miqyasda dağıdılması prosesi dünyanın heç bir yerində baş verməyib. İşğalçılar Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yer üzündən tamamilə siliblər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Prezident İlham Əliyev öz çıxışında ölkəmizin bu mövqeyini bir daha bütün Forum iştirakçılarının diqqətinə çatdırdı. Bu bir daha sübut edir ki, Azərbaycan xalqı sülhsevər xalqdır, yaradıcı xalqdır və bu gün bizim yeganə məqsədimiz Cənubi Qafqazda dayanıqlı sülhə və inkişafa nail olmaqdır”.

Paylaş:
365

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər