Səfir: Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur

Qafar Ağayev15:57 - 07 / 07 / 2022
Səfir: Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur

Türkiyə və Azərbaycan şərqlə qərbin ortasında yerləşən iki qardaş ölkədir və hər mənada münasibətləri inkişaf etdirirlər.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur.

“Azərbaycan qaz xətlərini Türkiyə üzərindən keçirərək Avropaya çatdırılma edir”, - deyə səfir əlavə edib.

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər