“Azərbaycan - Ermənistan birgə sərhəd komissiyasının formalaşdırılması mürəkkəb bir proses olub” - Nazir
“Sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan-Ermənistan birgə sərhəd komissiyasının növbəti görüşünün tarixi ilə bağlı hələ ki, məlumat yoxdur”.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Danışıqlar nəticəsində komissiyaları formalaşdırmaq mümkün olub. Komissiyaların formalaşdırılması mürəkkəb bir proses olub".
8830