İran Ermənistan bazarı üçün dərman istehsal edəcək
Ermənistanın iqtisadiyyat nazirinin müavini İranın əczaçılıq şirkətlərini dərman preparatlarının Ermənistana ixracı və ya birgə istehsalı məqsədilə şəraitin təmin edilməsi üçün öz məhsullarının siyahısını İrəvana təqdim etməyə çağırıb.
1news.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, Tehranda Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryanın və İranın sənaye nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman Pakın iştirakı ilə sənaye, mədən və ticarət üzrə İran-Ermənistan birgə işçi qrupunun iclası keçirilib.
Görüşdə tərəflər iki ölkənin müştərək komissiyasının son iclasında qəbul edilən qərarların və əldə olunan razılaşmaların icrası məqsədilə yol tikintisi, birgə sənaye məhəllələrinin tikintisi, İranda dərman və tibbi avadanlıqların birgə istehsalı və dərman mübadiləsi yolu ilə İranın Ermənistana mühəndis-texniki xidmətlərinin göstərilməsi, malların mübadiləsi, Cənub-Şimal dəhlizinin gücləndirilməsini məsələlərini müzakirə ediblər.
Görüşün sonunda erməni tərəfi Ermənistanda dərman və tibbi avadanlıqların birgə istehsalını alqışlayaraq, bu addımı beynəlxalq bazarlara çıxış imkanı kimi dəyərləndirib.
1news.az