Bir neçə hərbçinin minaya düşməsi ilə bağlı məlumatlar əsassızdır - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Bir neçə hərbçinin minaya düşməsi ilə bağlı məlumatlar əsassızdır - RƏSMİ

Qafar Ağayev21:24 - 26 / 07 / 2022
Bir neçə hərbçinin minaya düşməsi ilə bağlı məlumatlar əsassızdır - RƏSMİ

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - məlumatda deyilir.

Paylaş:
566

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər