İstanbulda taxıl koordinasiya mərkəzinin açılışı - Hulusi Akardan mühüm açıqlamalar | 1news.az | Xəbərlər
Dünya

İstanbulda taxıl koordinasiya mərkəzinin açılışı - Hulusi Akardan mühüm açıqlamalar

Qafar Ağayev16:57 - 27 / 07 / 2022
İstanbulda taxıl koordinasiya mərkəzinin açılışı - Hulusi Akardan mühüm açıqlamalar

Ukraynanın Qaradəniz limanlarından qlobal bazara taxıl daşımaları üçün İstanbulda yaradılmış Birgə Kordinasiya Mərkəzi bu gün açılıb.

1news.az cnntürk-ə istinadən xəbər verir ki, Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının rəsmilərinin daxil olacağı Birgə Kordinasiya Mərkəzi fəaliyyətə başlayır. Milli Müdafiə Universitetinin tərkibində yaradılan mərkəzin açılışını Milli müdafiə naziri Hulusi Akar həyata keçirib.
Beynəlxalq “ Taxıl Masası ”- nın mərkəzi MilliMüdafiə Universitetinin İstanbuldakı mərkəzi olacaq. Komandaya bütün partiyalardan 20 nəfər daxil olacaq. Rusiya və Ukrayna rəsmilərinin yalnız ehtiyyac olduğu halda bir araya gələrək, ayrı – ayrı otaqlarda işlərinə davam edəcəkləri öyrənilib.
Nazir Akarın açıqlamalarından başlıqlar belədir:
“ Bir çox görüşlər keçirildi, bu görüşlərdə qırmızı xəttin formalaşdırılması qərara qlındı. İntensiv təmaslar aparıldı. Bu təmaslar nəticəsində ilk dəfə olaraq dördtərəfli görüş keçirildi və ümumi prinsiplər razılaşdırıldı. Bəzi ölkələrin fərqli yanaşmalarına baxmayaraq, 22 iyulda imzalanan sazişlə nəticələndi. Birgə Kordinasiya Mərkəzi 23 iyuldan etibarən fəaliyyətə başlamışdır. Mərkəz hərbi və mülki olmaqla Türkiyə ilə birlikdə Rusiya, Unrayna və BMT- dən 5 nümayəndədən ibarətdir. Bu mərkəzlə bağlı sahədə heç bir hərbi element yoxdur. Bu mərkəz ticarət gəmilərini qeydiyyatdan keçirəcək və izləyəcək. Əgər mina təmizləmə işinə ehtiyyac olarsa, planlama aparılacaq və müvafiq tədbirlər görüləcək. Sənəd 120 gün qüvvədə olacaq və tərəflər sonlandırma tələb etmədikcə davam edəcək. Ukrayna limanını ilk tərk edəcək taxıl yüklü gəmilərin hazırlanması və planlaşdırılması davam edir. İnanırıq ki, tədqiqatlar bütün dünyanı təsir edən ərzaq böhranının aradan qaldırılmasına və qiymətlərin aşağı salınmasına mühüm töhfələr verəcək. Ona görə də mərkəzdə işləyən əməkdaşların üzərinə düşən vəzifələr həqiqətən də böyükdür. Siz tarixi, humanitar və mühüm bir missiyanı üzərinizə götürmüsünüz. Barışığın həyata keçirilməsi ən böyük arzumuzdur. Əslində, müqavilə imzalanandan növbəti gün bütün tərəflərin öz nümayəndələrini buraya işləməyə göndərməsi səmimi addım idi. Hörmətli iştirakçılar, biz hər fürsətdə sülhün, əmin-amanlığın tərəfdarı olduğumuzu ifadə etmişik və bildiririk. Cənab Prezident diplomatik proses üçün çox səy göstərdi. Biz ən qısa zamanda atəşkəsə nail olmağı və gərginliyi azaltmağı hədəfləyirik. Biz Türkiyə olaraq NATO-da üzərimizə düşən vəzifələri yerinə yetirmişik və yerinə yetirməyə də davam edəcəyik”.

Humay Əliyeva

Paylaş:
526

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər