İranda kəskin sel daşqınları bir neçə can aldı | 1news.az | Xəbərlər
Dünya

İranda kəskin sel daşqınları bir neçə can aldı

10:40 - 27 / 07 / 2022
İranda kəskin sel daşqınları bir neçə can aldı

İranın Kerman və Sistan-Bəluçistan əyalətlərinin müxtəlif şəhərlərində güclü yağış və sel daşqınları baş verib.

1news.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 3 nəfər həyatını itirib, 8 yaşlı bir qız isə itkin düşüb.

Bütün bunlarla yanaşı, ölkənin digər 7 əyalətində xilasedicilər kəskin yağıntı və sel daşqınlarına qarşı hazır vəziyyətə gətirilib.

Sistan-Bəluçistan Əyalətinin Böhranın İdarə Edilməsi Mərkəzinin rəisi Əlirza Şəhrəki bildirib ki, ölənlərdən ikisi Zahidan şəhərində yolların daşqınlar nəticəsində bağlanması və elektrik vurması nəticəsində, 3-cü şəxs isə yollarda xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirib.

1news.az

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər