“Neftçi” növbəti mərhələdə, “Qəbələ” və “Zirə” mübarizəni dayandırdı
Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
1news.az xəbər verir ki, Azərbaycan klubları “Qəbələ”, “Neftçi” və “Zirə” də növbəti mərhələyə çıxmaq üçün həlledici oyuna çıxıblar.
“Qəbələ” doğma arenada Macarıstan “Fehervar” klubu ilə qarşılaşıb. Elmar Baxşıyevin yetirmələri ilk oyunda 1:4 hesabı ilə uduzduqları rəqibini 2:1 hesabı ilə məğlub etsə də iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) - 2:1
Qollar: Rövlan Muradov, 34, Felipe Santos, 73 - Budu Zivzivadze, 44
“Neftçi” səfərdə keçirdiyi ilk oyunda 0:2 hesabı ilə uduzduğu Kipr təmsilçisi “Aris”i qəbul edib. Laurentsiu Regekampfın yetirmələri “Baksell Arena”da rəqibinin qapısından üç cavabsız top keçirərək növbəti mərhələyə adlayıblar.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0
Qollar: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 57, Kenni Sayef, 62
“Zirə” isə Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Təl-Əviv “Makkabi”sinin qonağı olub. Evdəki görüşdə 0:3 hesabı ilə uduzan Bakı klubu İsraildəki qarşılaşmadan qolsuz bərabərliklə ayrılıb. Bununla da iki oyunun yekununda məğlub olan “Zirə” Konfrans Liqası ilə vidalaşıb.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zirə” (Azərbaycan) - 0:0
1news.az