Asiyanın ən zəngin qadını sərvətinin yarısını itirdi
Çinin daşınmaz əmlak sənayesindəki böyük böhran Asiyanın ən zəngin qadını kimi tanınan Yang Huiyan-ın sərvətini bir ildə iki dəfə azaldıb.
1news.az xarici KV-lərə istinadən xəbər verir ki, Huiyan'ın əsas səhmdarı olduğu Country Garden-ın Hong Kong səhmləri, şirkətin ən son səhmlərini satacağını elan etdikdən sonra daha 15 faiz dəyər itirdi. “Bloomberg Billionaires Index”in hesabatına əsasən, Yangın 23,7 milyard dollarlıq sərvəti böhran səbəbindən 52 faiz azalaraq 11,3 milyard dollar olub.
739