Azərbaycan güləşçisi dünya çempionu oldu | 1news.az | Xəbərlər
İdman

Azərbaycan güləşçisi dünya çempionu oldu

09:53 - 29 / 07 / 2022
Azərbaycan güləşçisi dünya çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

1news.az xəbər verir ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 4 üzvü mübarizəyə qoşulub.

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.

43 kq çəki dərəcəsindəki Elvina Kərimzadə isə 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Arina Abdullinaya "tuşe" ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Günay Qurbanova (57 kq) təsnifat mərhələsində macarıstanlı Gerda Terekə 2:5 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Qurbanova təsəlliverici görüşdə hindistanlı Liza Tomarla qarşılaşıb və bu güləşçiyə də məğlub olub - 3:10.

Fatimə İsayeva (65 kq) debütdə türkiyəli Duyğu genə uduzub – 1:3.

1news.az

Paylaş:
831

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər