Allahşükür Paşazadə: Londonda səfirliyimizə hücum edənlərin cəzalandırılmasını tələb edirik | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə: Londonda səfirliyimizə hücum edənlərin cəzalandırılmasını tələb edirik

12:26 - 08 / 08 / 2022
Allahşükür Paşazadə: Londonda səfirliyimizə hücum edənlərin cəzalandırılmasını tələb edirik

“Londondakı səfirliyimizdə özlərini din adamı sayan radikallar vandalizm hərəkətləri edib. Bayrağımızın çıxarılması, atılması hörmətsizlikdir. Biz o bayraq üçün minlərlə qurban vermişik, işğaldan azad olunan torpaqlarımızda həmin bayrağı dalğalandırmışıq. İndi bayrağı təhqir etmək bütün milləti təhqir etməkdir. Buna qarşı bütün millət cavabını verməlidir”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

“Həmin gün bütün dini konfessiya rəhbərləri mənə zəng etdilər və birgə bəyanatla çıxış etdik. Xarici İşlər Nazirliyimiz vasitəsilə bəyanatı bütün səfirliklərə və üzv olduğumuz dini mərkəzlərə göndərdik. Türkiyənin Dini Qurumlarla İş üzrə Komitəsinə təşəkkür edirəm ki, həmin gün zəng etdi, öz narahatlığını bildirdi. Digər türk dövlətlərinin də nümayəndələri öz narahatlıqlarını çatdırdılar. Mən hər birinə təşəkkür edirəm. İngiltərədə belə bir hadisənin baş verməsi bizi çox məyus edir. Bunun arxasında bizim bəzi qüvvələrin və erməni lobbisinin ola biləcəyini düşünürəm. Hadisəni törədən şəxslərin cəzalandırılmasını və həmin qüvvələrin ölkədən çıxarılmasını tələb edirik”, - o qeyd edib.

1news.az

Paylaş:
420

Son xəbərlər

Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02
Bütün xəbərlər