Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

1news Redaksiyası17:43 - Bu gün
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən il oktyabrın 1-nə nisbətən 1,1 % çoxdur.

Real sektorun monitorinqi çərçivəsində aparılan sorğu nəticələrinə əsasən sentyabr ayında məşğulluq gözləntiləri üzrə göstəricilər plastik məmulatlar istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı kimi qeyri-neft-qaz istehsalı sahələrində müsbət zonada olub.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər