Azərbaycanda dəmir yolu ilə sərnişindaşımada rekord göstərici qeydə alınıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin oktyabrında 1,3 milyondan çox sərnişin daşıyaraq aylıq sərnişin sayı üzrə ən yüksək göstəriciyə nail olub.
1news.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar–oktyabr aylarında dəmir yolları ilə 9,8 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Hesabat dövründə Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon sərnişin səfər edib ki, bu da illik müqayisədə 18 faiz artım deməkdir.
Rayonlararası marşrutlarla daşınan sərnişinlərin sayı 11 faiz artaraq 468 min nəfərə çatıb. Beynəlxalq Bakı–Tbilisi–Bakı marşrutu ilə isə 96 mindən çox sərnişin daşınıb.
92











