Deputat: “Ermənilər bununla özlərinin müasir xalq yox, vəhşi qəbilə olduğunu göstərirlər” - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Ermənilər bununla özlərinin müasir xalq yox, vəhşi qəbilə olduğunu göstərirlər” - VİDEO

Qafar Ağayev16:12 - 16 / 08 / 2022
Deputat: “Ermənilər bununla özlərinin müasir xalq yox, vəhşi qəbilə olduğunu göstərirlər” - VİDEO

“Laçını tərk edən ermənilərin yandırdığı evlər onların evləri deyil”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O, bildirib ki, onlar bu evləri öz zəhmətləri və qazancları ilə tikməyiblər.

“Ona görə də heç bir vicdan əzabı çəkmədən o evləri yandıra bilirlər. Oxşar vəziyyətlə ermənilərin Kəlbəcəri boşaltması zamanı da üzləşmişdik. Bu mülklər vaxtilə ermənilərin həmin ərazilərdən qovub çıxardıqları Azərbaycanlıların evləridir. 30 il ərzində etnik təmizləməyə məruz qoyduqları Laçında Azərbaycanlıların evlərində qeyri-qanuni olaraq məskunlaşmış ermənilər bu gün yaşadıqları ərazini viran qoyaraq tərk edirlər. Bu tipik erməni xislətinin göstəricisidir. Yaşadıqları bütün ərazilərdə digər xalqlara məxsus olan tarixi-mədəni abidələri dağıtmaq və ya erməniləşdirməklə onlar özlərinin hələ də müasir xalq yox, vəhşi qəbilə olduğunu göstərirlər. Qərbi Azərbaycan adlandırdığımız müasir Ermənistan ərazisində son 100 ildə törədilmiş erməni vandalizmi də buna yaxşı sübutdur. 30 il ərzində işğal altında qalmış ərazilərimizdə, torpaqlarımızı tərk etməyə məcbur ediləndə isə xüsusilə Kəlbəcərdə və Laçında baş verənlər bu günün tarixinə yazılan erməni vəhşiliyidir. Bununla ermənilər elə bir tarix yazırlar ki, o ermənilərin gələcək nəsilləri üçün də böyük bir utanc tarixi olacaq. Biz digər azad olunmuş bölgələrimizdə olduğu kimi, Laçında da bütün dağıdılmış abidələrimizi və vətəndaşların mülklərini bərpa edəcəyik, amma erməni vandalizmi heç vaxt unudulmamalıdır. Azərbaycan humanist addım atdığı halda, Ermənistan yenə də vəhşilik törədir”.

Dünya birliyinin Ermənistanın bu vandallığına reaksiya verməməsinə toxunan C.Feyziyev qeyd edib ki, “Dünya birliyi” dediyimiz mücərrəd bir anlayışdır.

Cavanşir Feyziyev

“Çoxsaylı beynəlxalq təşkilatları, 200-ə yaxın dövləti və bu dövlətlərdə yaşayan xalqları özündə ehtiva edən “dünya birliyi” anlayışı sadəcə siyasi leksikanın cansız bir elementidir. Biz dəfələrlə şahidi olmuşuq ki, bu virtual anlayışın arxasında real qanunlar və normalar yox, maraqlar dayanır. Əgər dünya birliyi dediyimiz məfhum nəyəsə qadir olsaydı, ümumiyyətlə torpaqlarımız işğal oluna bilməzdi.

Amma gördüyümüz kimi reallıq bir başqadır. Ermənilərin bu vəhşiliyinə ilk reaksiya YUNESCO-dan gəlməli idi, amma bu təşkilatın erməni vandalizmini himayə etməsi artıq bizim üçün sirr deyil. Ona görə bu barədə bizim heç kimdən heç bir gözləntimiz yoxdur. Sadəcə baş verənləri unutmayıb gələcəkdə bir daha erməni fitnəsinə uymamaq lazımdır. Belə bir qəbilə ilə qonşu olduğumuzu dərk edərək gələcək münasibətlərimizi də buna uyğun qurmalıyıq”.

“Ermənistan cəmiyyəti öz liderlərindən daha çox İlham Əliyevə inanırlar və onun hər bir çıxışını diqqətlə izləyirlər” – deyə, deputat əlavə edib:

“ Buna görə də son həftələrdə bir neçə erməni ziyalısı mətbuatdakı çıxışlarında qonşu dövlətlərə qarşı ərazi iddiasının çox böyük səhv olduğunu etiraf ediblər. Ona görə də erməni cəmiyyətinin böyük əksəriyyəti revanşistləri qəbul etmirlər. Bütün həqiqətlər məhz Azərbaycanın tərəfindədir və bu həqiqətlər Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq bütün dünyanın, eləcə də ermənilərin diqqətinə çatdırılır. Nəticə çıxarmaq və seçim etmək isə onların öz işidir. Biz ermənilərin istənilən seçiminə qarşı adekvat addımlar atmağa hazırıq. Amma ermənilər də anlamalıdır ki, təkamül və inkişaf yoluna çıxmaq üçün onlara Azərbaycan və Türkiyədən başqa heç kimin yardım etməsi mümkün deyil. Biz onların millət kimi formalaşmasına və digər millətlər kimi sivil cəmiyyətlərlə dinc yanaşı yaşamasına kömək edə bilərik. Bütün digər qüvvələr isə erməniləri yalnız alət olaraq görürlər və özlərinin müxtəlif yönümlü siyasi iradələrini həyata keçirmək üçün onlardan istifadə edirlər. Ermənilərin Cənubi Qafqazdakı son 200 illik tarixi də məhz bunu sübut edir”.

Paylaş:
778

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər