Rusiya Hökumətinin sədri Əli Əsədova zəng edib | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Hökumətinin sədri Əli Əsədova zəng edib

Qafar Ağayev17:37 - 17 / 08 / 2022
Rusiya Hökumətinin sədri Əli Əsədova zəng edib

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova zəng edib.

Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər