Fuad Oktay: “Ermənistanın təcavüzü heç bir halda qəbul edilə bilməz”
Ermənistanın Qarabağ torpaqlarına və hətta Qarabağ ətrafındakı torpaqlara təcavüzü heç bir halda qəbul edilə bilməz.
1news.az-ın məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
"Biz bunu hər fürsətdə bəyan etmişik və əməldə də göstərmişik. Türkiyə hər bir şəraitdə Azərbaycanın yanındadır. Ermənistanın baş naziri Paşinyanın Qarabağın Azərbaycan torpağı olmasını qəbul edəcəyinə dair açıqlaması son dərəcə qəbulolunandır. Regionun gələcəyi, Ermənistanın öz gələcəyi baxımından məsələnin sülh yolu ilə çözülməsində fayda var", - deyə o bildirib.
311