Müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub

Qafar Ağayev17:46 - 15 / 09 / 2022
Müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub

Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini cənab Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər