Kərim Vəliyevlə Sergey Şoyqu arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Kərim Vəliyevlə Sergey Şoyqu arasında telefon danışığı olub

Qafar Ağayev08:55 - 16 / 09 / 2022
Kərim Vəliyevlə Sergey Şoyqu arasında telefon danışığı olub

Sentyabrın 15-də Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və digər məsələləri müzakirə ediblər.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər