Türkiyə səfiri Şuşadan paylaşım etdi: “Şükür bizə bu günləri yaşadan Rəbbimə!” - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə səfiri Şuşadan paylaşım etdi: “Şükür bizə bu günləri yaşadan Rəbbimə!” - FOTO

Qafar Ağayev10:18 - 16 / 09 / 2022
Türkiyə səfiri Şuşadan paylaşım etdi: “Şükür bizə bu günləri yaşadan Rəbbimə!” - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya səfər edib.

1news.az xəbər verir ki, bu barədə səfir tviter hesabında məlumat verib.

"Azad Şuşada səhər yürüşü etməyi və günəşin doğuşunu izləməyi tövsiyə edirəm. Qarabağ Azərbaycandır!”, - deyə səfir qeyd edib.

O, daha sonra Şuşanın köhnə şəkillərini paylaşaraq əlavə edib: "Sübh çağı Şuşanın dağıdılmış köhnə və yeni küçələri arasında gəzərkən məni bürüyən kədər hissi Qarabağın azadlığı, Şuşanın inkişafı coşğuya çevirdi. Şükür bizə bu günləri yaşadan Rəbbimə!”.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər