Fransa XİN erməni radikallarının Azərbaycan səfirliyinə hücumunu pisləyib | 1news.az | Xəbərlər
Siyasət

Fransa XİN erməni radikallarının Azərbaycan səfirliyinə hücumunu pisləyib

Qafar Ağayev10:45 - 20 / 09 / 2022
Fransa XİN erməni radikallarının Azərbaycan səfirliyinə hücumunu pisləyib

Fransa Xarici İşlər Nazirliyi (XİN) erməni radikallarının Azərbaycanın bu ölkədəki səfirliyinə hücumunu pisləyib.

1news.az-ın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross rəsmi "Twitter" hesabında bildirib.

"Fransa hakimiyyəti səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün onlar ayıq-sayıqdırlar", - XİN-in bəyanatında deyilir.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər