Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu tarixdə ikitərəfli görüşü keçiriləcək
Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatına deyilir:
"Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur".
474