Nazir müavini Qarabağın bərpasında iştirak üçün müraciət sayını açıqladı

“1200-ə yaxın şirkət Qarabağın bərpasında iştirak etmək üçün müraciət edib“.
1news.az xəbər verir ki, bunu 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərinin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Qarabağın bərpasında iştirak üçün müraciət edənlərin 400-ü xarici şirkətlərdir.
"Bu il sərgilərin iştirakçılarının sayı ötən illə müqayisədə 10 faiz artıb. Tədbirlərdə 17 ölkədən, o cümlədən Belarus, Macarıstan, Gürcüstan, Hindistan, İtaliya, Polşa, Qazaxıstan, Rusiya, Rumıniya, Özbəkistan, İsveç kimi ölkələrdən 300-dən çox şirkət iştirak edir", - S.Məmmədov bildirib.
1news.az