Deputat: “Mövcud “Siyasi partiyalar haqqında” qanun bugünün reallıqlarına tam cavab vermir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Mövcud “Siyasi partiyalar haqqında” qanun bugünün reallıqlarına tam cavab vermir”

Qafar Ağayev17:25 - 25 / 10 / 2022
Deputat: “Mövcud “Siyasi partiyalar haqqında” qanun bugünün reallıqlarına tam cavab vermir”

“Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkədə yeni mühit, yeni reallıqlar formalaşıb”.

Bunu 1news.az-a Milli Məclisində keçirilmiş “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləməyə dair açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, ölkədəki formalaşmış yeni mühit və konfiqurasiya siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilikdə də müəyyən dəyişikiklərin edilməsi baxımından mövcud “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirilməsi bir çox baxımdan böyük əhəmiyyət kəsb edir.

“İctimai dinləmə sadəcə siyasi partiyalar və vətəndaş cəmiyyətləri tərəfindən deyil, həm də ictimaiyyət və mətbuat tərəfindən çox müsbət qarşılandı.

Yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Milli Məclisində tam olaraq, siyasi plüralizm hökm sürür və ali qanunverici orqan hər zaman yeni təkliflərin dinlənməsi və cəmiyyətin bütün siyasi seqmentlərinin prosesdə iştirak etməsini təmin etmək məqsədilə şəffaf mühit yaradır. Xüsusilə qeyd etmək istəyirəm ki, dünənki tədbirdə müxtəlif siyasi partiyaların, vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının nümayəndələri iştirak edirdi və onların hər birinin açıq şəkildə qanun layihəsi haqqında öz təklif və fikirlərini ifadə etdilər”.

“Digər tərəfdən isə bu dinlələmərin keçirilməsi Milli Məclislə siyasi partiyaların arasındakı əlaqələrin güclənməsi və bu münasibətlərin daha mütəşəkkil və yeni müstəviyə daşınması baxımından əhəmiyyətlidir” – deyə, N.Həmzəyev əlavə edib:

“Bu isə bilavasitə olaraq, vətəndaşların ölkənin siyasi həyatındakı iştirakını sürətləndirəcək, mövcud demokratik cəmiyyətin, siyasi plüralistik mühitin daha da gücləndirilməsinə gətirib çıxaracaqdır.

Bildiyiniz kimi, hal-hazırda mövcud olan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci, yəni 30 il bundan öncə hazırlanmışdır və bugünün tələb və reallıqlarına tam cavab vermir. Məhz bu zərurətdən irəli gələrək, ictimai dinləmənin həyata keçirilməsi, irəli sürülən təklif və müzakirələr qanun layihəsinin daha da təkmilləşdirilməsinə böyük töhvə verəcəkdir. Xatırlatmaq istərdim ki, qanun layihəsinin hazırlanması zamanı ekspert rəyi, milli və regional təcrübə ilə yanaşı, beynəlxalq təcrübə də öyrənilmiş, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə qəbul etdiyi təlimatlar və tövsiyyələr nəzərə alınmışdır.

Yeni qanun layihəsinin ictimai şəkildə müzakirə edilməsi, ümumilikdə siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin prosesə cəlb edilməsi mövcud problemlərin həlli və siyasi sistemimizin daha da təkmilləşdirilməsi istiqamətində atılmış mütərəqqi bir addım kimi qiymətləndirilməlidir.

Paylaş:
861

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər