“Soçi görüşü bu dilemmanın həlli baxımından Ermənistan üçün kulminasiya mərhələsi ola bilər” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Soçi görüşü bu dilemmanın həlli baxımından Ermənistan üçün kulminasiya mərhələsi ola bilər” - ŞƏRH

Qafar Ağayev13:31 - 31 / 10 / 2022
“Soçi görüşü bu dilemmanın həlli baxımından Ermənistan üçün kulminasiya mərhələsi ola bilər” - ŞƏRH

Bu gün Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Bəs görəsən bu görüşdən gözləntilər nələrdir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, Vətən müharibəsindən sonra istər Moskvada və istərsə də Brüsseldə keçirilən bütün görüşlərin gündəliyi post- müharibə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlıdır.

“Praqa görüşünə qədər baş tutmuş görüşlərdə müsbət dinamika müşahidə olunub. Doğrudur, Ermənistan bəzi öhdəliklərin yerinə yetirilməsini ləngitsə də prinsipial məsələlər barədə bir neçə razılaşma əldə olunub. Praqa görüşü Ermənistan tərəfindən BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınmasının rəsmi təsdiqi ilə əlamətdar oldu. Lakin eyni zamanda Ermənistanın birtərəfli qaydada öz ərazisinə Avropa İttifaqı missiyasını gətirməsi ilə bağlı qərar nizamlama proseslərinə kölgə salır. Bu günkü Soçi görüşündə Ermənistanın atdığı qeyri-adekvat addıma Paşinyan tərəfindən aydınlıq gətiriləməsini gözləməliyik. Rusiya bu məsələ ilə bağlı öz mövqeyini Valday klubunun sonuncu toplantısında bildirib. İndi növbə Ermənistanındır. Məncə Paşinyan növbəti dəfə öz öhdəliklərini yerinə yetirəcəyi ilə bağlı vəd verəcək. Azərbaycan öz növbəsində bəyanatlardan konkret addımlara keçilməsində təkid edəcək , Rusiya isə vasitəçi kimi Ermənistan qarşısında tələblərini bir az da sərtləşdirəcək. Bütün bu ehtimalların doğrulması görüşün sonunda səsləndiriləcək bəyanatın məzmunundan aydın olacaq”.

“Soçi görüşü öhdəliklərin yerinə yetirilməsi yeri deyil, öhdəliklərin müəyyənləşdirilməsi və razılaşdırılması yeridir” – deyə, C.Feyziyev əlavə edib:

“Öhdəliklər yerində, yəni ərazidə yerinə yetirilməlidir. Bugünkü vəziyyət onu göstərir ki, Ermənistan özü üçün yeni bir dilemma yaradıb. Moskva və Brüssel görüşlərində əldə olunmuş razılaşmaları tez bir zamanda yerinə yetirmək, yoxsa Fransa tərəfindən verilən bəyanatlara inanaraq, prosesi ləngitmək və öhdəliklərin heç olmasa bir qismindən yayınmaq. Bu günkü Soçi görüşü bu dilemmanın həlli baxımından Ermənistan üçün kulminasiya mərhələsi ola bilər. Bu görüşdə Ermənistan Rusiyanın vasitəçilik missiyasına və onun vasitəçiliyi ilə əldə olunmuş razılaşmalara birmənalı münasibətini bildirməlidir. Bizim üçün belə bir dilemma yoxdur. Bütün öhdəliklər qeyd-şərtsiz yerinə yetirilməlidir və biz Ermənistandan yalnız bunu gözləyirik”.

Deputat deyib ki, bəzi özəlliklərinə baxmayaraq bu görüşə ayrıca qeyri-adi bir hadisə kimi baxmaq düzgün olmaz.

“Bu görüşün nəticəsi əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların Ermənistan tərəfindən yenidən təsdiqi və ya inkarı olmalıdır. Mənə elə gəlir ki, Fransadan və ya İrandan dəstək mesajları almağına baxmayaraq Ermənistan son 2 ildə əldə olunmuş razılaşmalardan və üzərinə götürdüyü öhdəliklərdən imtina etmək iqtidarında deyil. Bu isə o deməkdir ki, çətin də olsa iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə pozitiv istiqamət qorunub saxlanacaq”.

Paylaş:
782

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər