MSK sədrinə yeni səlahiyyət verilib | 1news.az | Xəbərlər
Siyasət

MSK sədrinə yeni səlahiyyət verilib

17:34 - 05 / 11 / 2022
MSK sədrinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

1news.az xəbər verir ki, fərmana əsasən, siyahıya aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilib.

“5-1. Məcəllənin 179-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.”.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər