Saakaşvilidə vərəm aşkarlandı
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşviliyə həkimlər tərəfindən vərəm və demensiya diaqnozu qoyulub.
1news.az xəbər verir ki, bu barədə Gürcüstanın “İnterpresnyus” agentliyinə siyasətçinin vəkili Şalva Xaçapuridze bildirib.
“Söhbət həkimlərin ehtimal olunan diaqnozlarından gedir və onlar hələ yekun deyil, bu sadəcə fərziyyədir, həmçinin Mixail Saakaşvilidə daha 34 ehtimal olunan xəstəlikdir”, - vəkil əlavə edib.
Qeyd edək ki, həkimlər daha öncə Mixail Saakaşvilidə 17 xəstəlik aşkarlanıb.
493