Səmərqənddə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Səmərqənddə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qafar Ağayev10:39 - 10 / 11 / 2022
Səmərqənddə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası keçirilir.

1news.az xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün XİN başçıları noyabrın 11-də təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının müzakirə edəcəyi məsələlər və imzalayacağı sənədlər ətrafında müzakirələri yekunlaşdıracaq.

Qeyd edək ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər