Səbinə Əliyeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsini pisləyib | 1news.az | Xəbərlər
Siyasət

Səbinə Əliyeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsini pisləyib

Qafar Ağayev17:46 - 01 / 12 / 2022
Səbinə Əliyeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsini pisləyib

Fransa Parlamentinin aşağı palatası tərəfindən 2022-ci il 30 noyabr tarixində ölkəmiz əleyhinə qərəzli olaraq qəbul edilmiş, özündə heç bir həqiqəti əks etdirməyən təxribat xarakterli qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə və sülhyaratma prosesinə ciddi zərər verməkdədir.

Ombudsman Aparatından 1news.az-a verilən məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

"Hələ 15 gün əvvəl Fransa Senatında qəbul olunmuş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 09 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən sonra yenidən ölkəmiz əleyhinə qətnamənin qəbulu Fransanın Senatının beynəlxalq hüquqa hörmətsizliyini bir daha sübut edir.

Hesab edirik ki, bir-birinin ardınca belə qərəzli qətnamələrin qəbulu nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mənfi təsir göstərir.

Bu qətnamə ilə Fransa Ermənistanın Azərbaycana qarşı etnik və dini nifrət zəmnində həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləyir, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərindən olan suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşı çıxır. 30 il müddətində başqa bir ölkənin ərazisini işğal etmiş Ermənistanı müdafiə etmək Fransa hökumətinin insan hüquq və azadlıqlarını heçə saydığının açıq təzahürüdür.

Bir daha Fransa Parlamentin aşağı palatasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsiniqəti şəkildə pisləyir, onların bu hərəkətini təxribatçı addım kimi qiymətləndirirəm. Eyni zamanda Fransanı regionda milli ədavəti qızışdırmaq və aparılan bərpa-quruculuq proseslərinə mane olmaq istiqamətindəki fəaliyyətindən əl çəkməyə çağırıram", - deyə o bildirib.

Paylaş:
608

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər