Taxta sexindən qanunsuz əldə edilmiş meşə materialı aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şəki rayonu, Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 51,67 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
Bunu 1news.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib
385