Şuşada ölümlə nəticələnən yol qəzası olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada ölümlə nəticələnən yol qəzası olub

Qafar Ağayev10:50 - 02 / 12 / 2022
Şuşada ölümlə nəticələnən yol qəzası olub

Daxili İşlər Nazirliyi (DİN) Şuşada ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər