Bakıda anadan olan Rusiya yazıçısı koronavirusdan vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Bakıda anadan olan Rusiya yazıçısı koronavirusdan vəfat edib

16:52 - 03 / 12 / 2022
Bakıda anadan olan Rusiya yazıçısı koronavirusdan vəfat edib

Bakıda anadan olmuş Rusiya yazıçısı İlya Ştemler Sankt-Peterburq şəhərində, 89 yaşında vəfat edib.

1news.az TASS-a istinadən xəbər verir ki, onun ölüm səbəbi koronavirus infeksiyası (COVID-19) olub.

Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının əməkdaşı Pyotr Ştemlerin ailəsində anadan olub. O, texniki təhsil alsa da özünü ədəbiyyata həsr edib. “Qalmaq üçün getmək”, “Taksopark, Univermaq, Arxiv” və başqa əsərlərin müəllifidir.

1news.az

Paylaş:
656

Son xəbərlər

Amin Novruzov vəfat etdi

05 / 09 / 2026, 13:38
Bütün xəbərlər