Nazir: “İstənilən formatda görüşü dəstəkləyirik”
“Ermənistan rəhbərliyi ilə görüşdə böyük nailiyyət olmasa belə, görüş çərçivəsində danışıqlarda bir sıra məsələlər barədə açıq dialoqu müsbət hesab edirik”.
1news.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
“Biz istənilən formatda görüşülərin keçirilməsini dəstəkləyirik . Azərbaycanın dialoqa açıq olması, bu məsələnin əməkdaşlıq şəraitində həll olunmasının dəstəklədiyini bir daha göstərir. Bu yanaşmanı Azərbaycan daha əvvəl də göstərib. Laçın yoluna alternativ yolun çəkilməsi prosesində orada yerli erməni əhalisi ilə ünsiyyətləri də oldu, onların bir sıra xahişləri nəzərə alındı. Qarşı tərəfdən rasional və xoşniyyətli yanaşma olsaydı, iki il ərzində əldə etdiyimiz proqres daha əhəmiyyətli olardı”, - deyə o əlavə edib.