Serj Sarkisyan və qızları məhkəməyə çağırılıb | 1news.az | Xəbərlər
Ermənistan

Serj Sarkisyan və qızları məhkəməyə çağırılıb

10:47 - 21 / 12 / 2022
Serj Sarkisyan və qızları məhkəməyə çağırılıb

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və iki qızı məhkəməyə çağırılıb.

1news.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

S.Sarkisyan və qızları qanunsuz əmlak əldə etmək iddiası ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.

Onların məhkəməyə çağırılması tələbini Baş Prokurorluq irəli sürüb.

Məhkəmə prosesi yanvarın 19-da baş tutacaq.

Report

Paylaş:
1088

Son xəbərlər

Bütün xəbərlər