Çindən xaricilər üçün xoş xəbər: Karantin rejimi ləğv edilir | 1news.az | Xəbərlər
Dünya

Çindən xaricilər üçün xoş xəbər: Karantin rejimi ləğv edilir

Qafar Ağayev10:13 - 27 / 12 / 2022
Çindən xaricilər üçün xoş xəbər: Karantin rejimi ləğv edilir

Çin ölkəyə gələn xaricilər üçün karantini ləğv edir.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkəyə xaricilər üçün koronavirusla bağlı məcburi karantin tələbinin yanvarın 8-də başa çatacağını açıqlayıb.

2020-ci ilin mart ayından etibarən Çinə gələn bütün səyahətçilər məcburi karantindən keçməlidirlər. Əvvəlcə 3 həftə olan karantin müddəti artıq 5 günə endirilib.

Yeni qaydalara əsasən, COVID-19 "A sinfi" yoluxucu xəstəlikdən "B sinfinə" endiriləcək və bununla da karantin ləğv ediləcək.

Paylaş:
687

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər