Ceyhun Bayramov Çavuşoğlu ilə regional əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
Yanvarın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə 1news.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.
Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
14:50
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr və Türk Dövlətləri Təşkilatı müzakirə edilib.