Volker: Son 10 ildə 1300-dən çox jurnalist öz professional işini gördüyü üçün öldürülüb | 1news.az | Xəbərlər
Dünya

Volker: Son 10 ildə 1300-dən çox jurnalist öz professional işini gördüyü üçün öldürülüb

13:35 - 18 / 01 / 2023
Volker: Son 10 ildə 1300-dən çox jurnalist öz professional işini gördüyü üçün öldürülüb

"Dünyanın hər yerində jurnalistlərin təhlükəsizliyi məsələsi xüsusi bir problemə çevrilib".

1news.az xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində çıxışı zamanı deyib.

Ali Komissarın sözlərinə görə, son 10 ildə 1300-dən çox jurnalist öz professional işini gördüyü üçün öldürülüb.

"Bu jurnalistlər problemlərə diqqət çəkmək istəyirdilər, lakin nəticədə onlar müdafiə olunmadılar", - Turk bildirib.

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər