SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə edib

Qafar Ağayev17:39 - 25 / 01 / 2023
SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.

1news.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, bununla bağlı müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin İFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh ilə keçirilən görüşdə aparılıb.

Görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Həmçinin SOCAR ilə IFC arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
629

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər