Nazir: Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddətdə ən sərt şəkildə cəzalandırılmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddətdə ən sərt şəkildə cəzalandırılmalıdır

Qafar Ağayev14:32 - 27 / 01 / 2023
Nazir: Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddətdə ən sərt şəkildə cəzalandırılmalıdır

Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında bildirib.

"Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Paylaş:
450

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər