Mehriban Əliyeva səfirliyə hücum zamanı həlak olan Orxan Əsgərovun doğmalarına və yaxınlarına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva səfirliyə hücum zamanı həlak olan Orxan Əsgərovun doğmalarına və yaxınlarına başsağlığı verib

Qafar Ağayev14:44 - 27 / 01 / 2023
Mehriban Əliyeva səfirliyə hücum zamanı həlak olan Orxan Əsgərovun doğmalarına və yaxınlarına başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı paylaşım edib

1news.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!".

Paylaş:
437

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər