İlham Əliyev Tehranda səfirliyimizə hücumla bağlı paylaşım etdi: Terrorçuların cəzalandırılacağını tələb erdirik
Azərbaycan Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə hücumu qınayıb.
1news.az xəbər verir ki, dövlət başçısı şəhid olan təhlükəsizlik xidmətinin əməkdaşının yaxınlarına başsağlığı verib.
“Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına başsağlığı veririəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb erdirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir” - deyə, Prezidentin sosial şəbəkə hesablarında qeyd olunub.
612