Çexiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib
Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.
Bu barədə 1news.az Nazirliyin tviter hesabına istinadən xəbər verir.
“Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu kəskin şəkildə pisləyir. Diplomatik missiyalara hər hansı hücumlar qəbuledilməzdir. Mərhumun ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - Çexiyanın xarici siyasət idarəsinin açıqlamasında qeyd edilir.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.