Pərviz Şahbazov və Kadri Simson mətbuat üçün birgə bəyanat verib | 1news.az | Xəbərlər
Siyasət

Pərviz Şahbazov və Kadri Simson mətbuat üçün birgə bəyanat verib

Qafar Ağayev19:03 - 03 / 02 / 2023
Pərviz Şahbazov və Kadri Simson mətbuat üçün birgə bəyanat verib

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclasında həmsədrlər Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun və Enerji məsələləri üzrə Avropa Komissarı Kadri Simsonun mətbuat üçün bəyanatı bəyanat veriblər.

1news.az bəyanatı təqdim edir:

“Fevral ayının 3-də Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurasının 1-ci iclasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Tərəfdaşlıq uzunmüddətli enerji təhlükəsizliyi, dayanıqlılıq, təchizatın diversifikasiyası və yaşıl enerjiyə keçid gündəliyi üzrə əməkdaşlığın genişləndirilməsi kimi ümumi məqsədlərə xidmət edir.

İclasın həmsədrləri Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarını və onun Azərbaycan Respublikasından Avropaya etibarlı, rəqabətqabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini bildiriblər.

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun uğurla istismara verilməsi Avropada tədarükün diversifikasiyasını daha da dəstəkləyəcək mühüm hadisələrdən biridir. Həmsədrlər Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəklədiklərini bildirərək, bununla yeni enerji bazarları üçün potensial təchizat mənbəyinin yaranacağını bildiriblər. Həmçinin, tədarük zəncirlərində metan emissiyalarının azaldılması üçün zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

İlk dəfə olaraq keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin iclası tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlərə yaşıl gündəlik üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparılması üçün gözəl fürsət yaradır. Bu platforma yaşıl enerji üzrə beynəlxalq əlaqələrin yaradılmasına və Azərbaycanın Avropa bazarları üçün yaşıl enerjinin təchizatçısına çevrilməsinə töhfə verəcək.

2022-ci il 18 iyul tarixində Bakı şəhərində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” mövcud əməkdaşlığın genişləndirilməsi ilə yanaşı enerji keçidi, bərpa olunan enerji, enerji səmərəliliyi, bərpa olunan hidrogen sahələrində tərəfdaşlığın davamlı inkişafı üçün yeni imkanlar açacaq. Ötən ilin dekabr ayının 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in də böyük əhəmiyyətini qeyd edirik.
Həmsədrlər enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə mühüm töhfələr verən səmərəli dialoqun davam etdirilməsi əzmində olduqlarını vurğulayıblar” .

Paylaş:
307

Son xəbərlər

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib22 / 03 / 2023, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olub22 / 03 / 2023, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşüb22 / 03 / 2023, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEO22 / 03 / 2023, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdü22 / 03 / 2023, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındı22 / 03 / 2023, 13:39Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin 13-ə çatıb22 / 03 / 2023, 13:16
Bütün xəbərlər

Next TV