Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinə yeni səlahiyyət verildi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinə yeni səlahiyyət verildi

Qafar Ağayev10:58 - 03 / 02 / 2023
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, sərəncama əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər