Sahibə Qafarova Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, məktubda Milli Məclisin sədri dəhşətli zəlzələ nəticəsində ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində çoxsaylı insanların həlak olması, yaralanması və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirir, faciə ilə əlaqədar TBMM-in sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin üzvləri adından dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzu edir.