Azərbaycanla Misir arasında siyasi dialoq yaxşı səviyyədədir - Baş nazir
Azərbaycanla Misir arasında siyasi dialoq yaxşı səviyyədədir.
1news.az-ın məlumatına görə, bunu Misirin Baş naziri Mustafa Madbuli bu ölkədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O qeyd edib ki, ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə yaradılıb.
Baş nazir Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarda Azərbaycana səfərinin bir sıra sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcəyini qeyd edib.
M.Madbuli iqtisadi sahədə, o cümlədən, sənaye, ticarət, nəqliyyat, kənd təsərrüfatı kimi sahələrdə geniş əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. O, həmçinin humanitar sahədə də əlaqələrin əhəmiyyətini qeyd edib.
Baş nazir həmçinin ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh yaradılmasını dəstəklədiyini də diqqətə çatdırıb.
M.Madbulinin sözlərinə görə, parlamentlər arasında əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verir.
S.Qafarova ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Azərbaycanla Misir arasındakı müqavilə-hüquq bazasının kifayət qədər zəngin olduğunu vurğulayan spiker iqtisadi, ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri ikitərəfli əlaqələrdə parlamentlərimiz arasında münasibətlərin vacib rolunu qeyd edərək, bu sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunu diqqətə çatdırıb.