227 saat sonra yaşlı qadın xilas edildi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

227 saat sonra yaşlı qadın xilas edildi - VİDEO

16:06 - 15 / 02 / 2023
227 saat sonra yaşlı qadın xilas edildi - VİDEO

Türkiyədə baş verən zəlzələnin 10-cu günündə daha bir nəfər dağıntılar altından xilas edilib.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələnin baş verməsindən 227-ci saat sonra 74 yaşlı Cemile Kekeç tapılıb.

Kekeç binadan qazılaraq çıxarılıb. O, səlahiyyətlilər tərəfindən təcili yardım maşınına mindirilib. Daha sonra xəstəxanaya köçürülüb.

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər